Yeni oferta

New offer Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. Əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır.
Yekun divident
Yeni səhmlərin emissiyası
OBASTAN VİKİ
Oferta
Oferta - razılaşdırmanın əsas şərtlərini özündə əks etdirən formal təklif. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsində ofertanın anlayışı və onunla bağlı normalar əksini tapmışdır. Həmin Məcəllənin 408.1-ci maddəsində qeyd olunmuşdur ki, "müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin". Ofertanın verildiyini müəyyənləşdirməyə kömək edən bir neçə qayda mövcuddur. Oferta o zaman etibarlı hesab olunur ki, o: oferent vasitəsilə ünvan sahibinə verilməlidir; ayrıca şəxsə, şəxslər qrupuna və ya bütün dünyaya ünvanlana bilər; aydın və birmənalı olmalıdır; "qeyri-ciddi sözlərdən", əlavə məlumat almaq üçün sorğudan fərqləndirilməlidir. Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. SEC FAQ on tender offers Essential Contract Law, Geoff Monahan.
Yeni Abdinli
Yeni Abdinli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yeni Afon
Yeni Afon (abx. Афон Ҿыц; gürc. ახალი ათონი; rus. Новый Афон; yun. Νέος Άθως) — Gürcüstanda, de fakto tanınan Abxaziya Respublikasının Qudauta rayonunda, Qara dənizin sahilində, Suxumi şəhərinin 22 km uzaqlığında yerləşən kiçik şəhər. Şəhər müxtəlif vaxtlarda Nikopol, Anakopiya, Nikopiya, Nikopsis, Psırtsxa, Absara adlarını daşımışdır. Şəhərin yaxınlığında yerləşən Yeni Afon mağarası Gürcüstanın görməli yerlərindəndir. Qədim və böyük yunan liman şəhəri Anakopiya haqqında ilk məlumatlar III əsrə aiddir. V əsrdə gürcülər İver dağının zirvəsində qala tikmişlər. Şəhər Bizans İmperiyasından asılı olmuş Abxaz knyazlığının və VIII əsrdə arxon II Leonun dövründə Abxaziya Krallığının paytaxtı olmuşdur.
Yeni Akvitaniya
Yeni Akvitaniya (fr. Nouvelle-Aquitaine) — Fransanın cənub-qərbində bir bölgədir.
Yeni Aleksandrovka
Yeni Aleksandrovka (başq. Яңы Александровка), rus. Новоалександровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Pisarev): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 65 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Yeni Amsterdam
Yeni Amsterdam (nid. Nieuw Amsterdam) — 1626-1664-cü illərdə Nyu-Yorkun ilkin Holland adı. 1602-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının Baş ştatları (ümumi dildə — Hollandiya Respublikası) Hollandiyanın Qərbi Hindistan şirkətini qurdu, ona Asiyaya şimal-qərb yolunu tapmağı və yeni aşkar edilmiş əraziləri Hollandiyaya birləşdirməyi tapşırdı. 1609-cu ildə İngilis dənizçi Henri Hadson (Hudson) rəhbərlik etdiyi bu şirkətin bir ekspedisiyası, gələcək şəhərin yerində çay deltasının (sonradan Hadson adlandırıldı) kəşf etdi, araşdırdı və xəritəsini hazırladı. 1614-cü ildə ərazi Yeni Hollandiya adı ilə Hollandiya Respublikasına birləşdirildi. Əyalətin ilk yaşayış məntəqəsi 1624-cü ildə Manhetten adasına bitişik olan Qubernator adasında meydana gəldi və daha sonra, 1625-ci ildə Amsterdam Fort Manhettenin cənub ucunda yerlilər tərəfindən inşa edildi. Hugh Morrison, Early American Architecture ISBN 0-486-25492-5 (Oxford University Press, 1952) [Dover Ed.
Yeni Armavir
Yeni Armavir — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Yeni Aul
Yeni Aul (rus. Новый Аул) — Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən kəndlərdən biridir. Məhərrəmkənddən 7 kilometr şimal-şərqdə yerləşir. 2010-cu ilin məlumatına görə kənddə 2760 nəfər yaşayır.
Yeni Başkənd
Yeni Başkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Yeni Britaniya
Yeni Britaniya (ing. New Britain, alm. Neupommern‎) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır Adanın sahəsi 35 144,6 km² təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni Britaniya və Qərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir. Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.
Yeni Bunab
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Yeni Bəyazid
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Yeni Culfa
Yeni Culfa - (fars. جلفای‌نو‎, erm. Նոր Ջուղա) - İranın İsfahan şəhərində ermənilərin kompakt yaşadığı məhəllə. XVII əsrə aid Vank kafedralı Yeni Culfada yerləşir. 1606-cı ildə Səfəvi şahı I Şah Abbas İsfahan yaxınlığında Yeni Culfa adlı yaşayış yeri saldıraraq Culfadan köçürdüyü 150 mindən artıq ermənini burada məskunlaşdırmışdı.
Yeni Dalğa
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir. Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir. Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.
Yeni Dehli
Yeni Dehli (hind. नई दिल्ली, pənc. ਨਵੀਂ ਦਿੱਲੀ, urdu نئی دلی, benq. নতুন দিল্লি, ing. New Delhi) — Hindistanın rəsmi paytaxtı, Dehli şəhərinin rayonu. 42,7 km² ərazisi var, Hindistan hökuməti və Dehli şəhər hökumətinin rezidensiyası burada yerləşir.
Yeni Dizaxlı
Yeni Dizaxlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd Kov Murad dağının ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır. Əhali ləzgilər və azərbaycanlılardır. Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır. Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib.
Yeni Federalizm
Yeni Federalizm, səlahiyyətlərin verilməsini və ya müəyyən səlahiyyətlərin Amerika Birləşmiş Ştatlarının federal hökumətindən ştatlara qaytarılmasını nəzərdə tutan siyasi fəlsəfədir. Yeni Federalizmin əsas məqsədi, Federalizmin XVIII əsr siyasi fəlsəfəsindən fərqli olaraq, prezident Franklin Ruzveltin Yeni Müqaviləsi nəticəsində federal hökumətə itirdikləri muxtariyyət və hakimiyyətin bir hissəsini ştatlara qaytarmaqdır. Yeni Federalizm ideyalarının bir çoxu Riçard Niksonla ortaya çıxdı. Bir siyasət mövzusu olaraq, Yeni Federalizm adətən federal hökumətin sosial problemi həll etmək üçün dövlətlərə blok qrantlar verməsini əhatə edir. Federal hökumət daha sonra nəticələrə nəzarət edir, lakin proqramların necə həyata keçirilməsi ilə bağlı ştatlara geniş ixtiyar verir. Bu yanaşmanın tərəfdarları bəzən Louis Brandeisin New State Ice Co. v. Onlar Liebmann işində fərqli rəydən bir sitata istinad edirlər: Vətəndaşları istəsələr, vahid bir cəsur dövlətin laboratoriya kimi fəaliyyət göstərə bilməsi və ölkənin qalan hissəsi üçün risk yaratmadan yeni sosial-iqtisadi eksperimentlər apara bilməsi federal sistemin sevindirici hadisələrindən biridir. Gerston, Larry N. American Federalism: A Concise Introduction. Routledge.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Yeni Fransa
Yeni Fransa (1534–1763) — Şimali Amerikada mövcud olmuş fransız dövləti.
Yeni Göyçə
Yeni Göyçə (1991-ci ilədək Saler) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd dağətəyi ərazidədir. 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırım nəticəsində öz doğma torpaqlarından məcburən çıxarılanların müəyyən bir hissəsi 1988-ci ildən bu kənddə məskunlaşmış və o üzdən kəndin adını Yeni Göyçə qoymuşlar. Sonradan əsasən Kəlbəcər rayonundan da qaçqınlar burada yaşamağa başlamışlar. 1988-ci ilin məlum deportasiyasından sonra Qərbi Azərbaycanın Göyçə mahalından bu kəndə pənah gətirənlər məskunlaşmışlar. Kənd əhalisi 204 nəfərdir ki, onunda 104 nəfəri kişi, 100 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yeni Günəşli
Yeni Günəşli — Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsinə bağlı qəsəbə. Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. Əhmədli yaylasındadır. Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. Yeni Günəşlidə 46300 nəfər yaşayır. Adı Günəşlidir...
Yeni Gəncə
Yeni Gəncə — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. Həsən Həsənov tərəfindən 1979-cu ilin mart ayının 3-də Yeni Gəncə yaşayış massivində, Quru Qobu sahəsində Xatirə Parkı salınmışdır. Parkın ümumi sahəsi 400 hektardan çoxdur. Burada 350 mindən çox ağac və bəzək bitkisi əkilmişdir. Bu ağacların əksəriyyətini Şərq çinarı, şam, küknar, cökə, meyvə ağacları və müxtəlif bəzək bitkiləri təşkil edir. XIX əsrin ilk dekadasında bu parka Heydər Əliyevin adı verilmişdir. 2012-ci ilin mart ayında ərazidə olan "Novruz meydanı" tam təmir olunmuşdur. Orada bir neçə ağac növləri əkilmişdir. XX əsrin 80-ci illərində istifadəyə verilən qəsəbəyə demək olar ki, Azərbaycanın hər yerindən ailələr köç etmişlər. Əsas yaşayış sakinləri Gəncə şəhəri ətrafında yerləşən Tovuz, Şəmkir, Qazax, Samux, Daşkəsən, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinləridirlər.
Yeni Havuş
Yeni Havuş — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Yeni Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Havuş kəndi mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Yeni Həqiqət
"Yeni həqiqət" qəzeti (az-əbcəd. یݣی حقيقت‎) — 1911-ci ildə çıxmış gündəlik qəzet. 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi. Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s.

Значение слова в других словарях